




“Türkdilli Dövlətlərin Rəssamları – Dünyanı Sənət Qurtaracaq” adlı Beynəlxalq kataloqda Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxsin Təsviri incəsənət kafedrasının müəllimlərinin əl işləri dərc olunub.
Kataloqda professor Şaiq Məmmədovun, dosent Akif Hüseynovun, baş müəllim Emilya Həsənovanın, baş müəllim Səriyyə Kazımovanın, baş müəllim Xəyalə Musayevanın yaradıcılıq nümunələri yer alıb.
Bu dəyərli sənət layihəsinin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürümüzü bildirir, türk dünyasının zəngin mədəniyyətini və təsviri sənətini bir araya gətirən bu təşəbbüsün davamlı olmasını arzulayırıq.