“Mexaniki sistem sükunətdə olduqda impuls momenti. Laqranj tənliklərinin invariantlığı ” mövzusunda açıq dərs keçirildi

Gəncə Dövlət Universitetinin Fizika kafedrasında  “Klassik Mexanika” fənnindən açıq dərs  keçirilmişdir

21 oktyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin   Fizika kafedrasının dosenti Səyyarə İsgəndərova tərəfindən Fizika müəllimliyi ixtisasının II kurs tələbələri üçün “Mexaniki sistem sükunətdə olduqda impuls momenti. Laqranj tənliklərinin invariantlığı ” mövzusunda açıq dərsi keçirilmişdir.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dosent Mətanət Tağıyeva., Fizika kafedrasının müdiri, dosent Yahya Namazov., professor müəllim heyəti üzvlərindən dosent Rasim Hüseynov., müəllim Tünzalə Tahirova iştirak edirdilər.

Açıq dərsdə dosent Səyyarə İsgəndərova   tələbələrdə maraq oyatdı və keçən dərslərlə əlaqə quraraq yeni mövzuya keçid etdi.mexaniki sistem, impuls momenti düsturları, onların fiziki mənası ətraflı izah olundu.

Mexaniki sistem sükunətdə olduqda impuls momenti   elmi-metodiki ardıcıllıqla lövhədə düsturlar və qrafiklər vasitəsilə izah edildi.

Laqranj tənliklərinin invariantlığının tətbiqi geniş şəkildə təhlil olundu.Dərs zamanı müəllim tərəfindən tətbiq edilən interaktiv sual-cavab metodundan istifadə olunaraq tələbələrin mövzunu necə qavradıqları yoxlanıldı.Tələbələr tərəfindən verilən suallar ətraflı cavablandırıldı, çətin anlaşılan məqamlar     əlavə izahatlarla möhkəmləndirildi.

Dərsin gedişatı kafedra əməkdaşları tərəfindən mövcud meyarlar əsasında qiymətləndirildi.

Tələbələrin fəallığı və verilən suallara operativ cavab verməsi onların dərsi dərindən qavradığını göstərdi. dosent Səyyarə İsgəndərova    nitqi, fiziki qanunauyğunluqları məntiqli ardıcıllıqla çatdırması və auditoriya ilə qurduğu pedaqoji ünsiyyət yüksək qiymətləndirildi.

Dərsin sonunda kafedra müdiri dos. Yəhya Namazov və digər iştirakçı müəllimlər —dos.Rasim Hüseynov, dos. Mətanət Tağıyeva, dos. (attestatsız) Aysel Həmzəyeva, baş müəllim İlhamə Mövsümova və  müəllim Tünzalə Tahirova dərsin gedişini müzakirə etdilər. Müzakirə zamanı açıq dərsin müasir tələblərə cavab verdiyi, metodiki cəhətdən düzgün qurulduğu vurğulandı və müsbət qiymətləndirildi.