Gəncə Dövlət Universitetində “X sinifdə Fizika kursunun tədrisi metodikasının mürəkkəb və xüsusi məsələləri” mövzusunda açıq dərs keçirilmişdir
12 noyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının baş müəllimi Mövsümova İlhamə Möhkəm qızı tərəfindən Fizika müəllimliyi ixtisası üzrə III kurs tələbələrinə “Fizika kursunun tədrisi metodikasının mürəkkəb və xüsusi məsələləri” fənnindən “X sinifdə Fizika kursunun tədrisi metodikasının mürəkkəb və xüsusi məsələləri” mövzusunda açıq dərs təşkil olunmuşdur.
Universitetin “Açıq dərslərin təşkili, keçirilməsi, müşahidəsi, müzakirəsi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə müvafiq keçirilən dərsdə fakültə rəhbərliyinin nümayəndələri, Keyfiyyətin Təminatı Mərkəzinin əməkdaşları, kafedranın professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.
Dərs prosesində baş müəllim İlhamə Mövsümova ümumtəhsil məktəblərinin X sinfində fizika fənninin tədrisi zamanı qarşıya çıxan mürəkkəb mövzuların şagirdlərə mənimsədilməsi yolları, müasir dərs modellərinin tətbiqi, eləcə də nəzəri biliklərin praktiki tapşırıqlarla əlaqələndirilməsi metodikası barədə geniş izahat vermişdir. Məşğələdə tələbələrin pedaqoji səriştələrinin inkişafına yönəlmiş müasir təlim texnologiyalarından, interaktiv sual-cavab üsullarından və əyani tədris vəsaitlərindən səmərəli istifadə edilmişdir.
Qaydaların 4-cü bölməsinə əsasən, dərsin gedişatı və keyfiyyət göstəriciləri aşağıdakı tərkibdə yaradılmış komissiya tərəfindən izlənilmişdir:
- Dosent Namazov Yəhya Binnət oğlu – Kafedra müdiri, sədr
- Prof. Quliyev Muğan Salman oğlu – Dekan
- Dosent Quliyev Niyazi İslam oğlu
- Dosent (at-sız) Rüstəmova Samirə Kamandir qızı
- Baş müəllim Musayev Seyfəddin Xəlil oğlu
Müşahidə prosesində komissiya üzvləri tərəfindən Əlavə 1-ə uyğun qiymətləndirmə vərəqləri tərtib edilmiş və dərs 10 meyar üzrə 100 ballıq şkala ilə dəyərləndirilmişdir. Aparılan təhlillər nəticəsində məşğələnin tədris proqramına tam uyğun qurulduğu, mövzunun metodiki cəhətdən düzgün şərh edildiyi, tələbələrlə səmərəli ünsiyyət qurulduğu və vaxt bölgüsünün optimal tənzimləndiyi vurğulanmışdır. Komissiyanın ümumi qərarı ilə baş müəllim İlhamə Mövsümovanın açıq dərsi yüksək qiymətləndirilmişdir.
Dərs başa çatdıqdan sonra Qaydaların 5-ci bölməsinə uyğun olaraq kafedra əməkdaşlarının və komissiya üzvlərinin iştirakı ilə müzakirə aparılmışdır. Müzakirə zamanı müəllimin dərsə hazırlıq səviyyəsi, auditoriyanı idarəetmə bacarığı və gələcək müəllimlər üçün metodiki tövsiyələrin əhəmiyyəti xüsusi qeyd edilmiş, tədris keyfiyyətinin daha da artırılması istiqamətində fikir mübadiləsi aparılmışdır.
Xatırladaq ki, Gəncə Dövlət Universitetində mütəmadi olaraq keçirilən açıq dərslər daxili keyfiyyət təminatı mexanizminin əsas istiqamətlərindən biri kimi tədris prosesinin təkmilləşdirilməsinə, qabaqcıl pedaqoji təcrübənin yayılmasına və tələbəyönümlü təlim mühitinin gücləndirilməsinə xidmət edir.