12 noyabr 2026-cı il tarixdə Fizika və Texniki fənlər fakültəsində Təsviri incəsənət kafedrasının baş müəllimi Raziyyə Allahverdiyevanın I kurs Təsviri incəsənət müəllimliyi ixtisasında “RƏSM” fənnindən “Orta mürəkkəbliyə malik gips ornamentlərin naturadan rəsmi. Mərhələ: Rəsmin yerləşdirilməsi və qurulması ” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dosent Elxan İsmayılov., Təsviri incəsənət kafedrasının müdiri dos.Mərdan Məmmədov, professor – müəllim heyəti üzvlərindən b/m. Elnarə Qoşqarlı, baş müəllim Səriyyə Kazımova., baş müəllim Xəyalə Kazımova., baş müəllim Esmira Verdiyeva, müəllim Ayşə Məmmədova, müəllim Aybəniz Məmmədova iştirak edirdilər.
Dərs normal təşkil olunmuşdu. Müəllim dərsi müasir tələblərə uyğun keçirdi. Dərsin təşkilati hissəsi normal idi.
Yeni mövzunun izahı zamanı həm kağız variantından həm elektron formada yeni slaydlarla dərsin geniş izahını verdi. Dərs dinlənilənlər tərəfindən yüksək qiymətləndirilərək qənaətbəxş hesab edildi.