27.03.2017- ci il tarixdə dosent Mətanət Camal qızı Tağıyevanın   açıq dərsi keçirildi  

 

20170314_144416

27 mart 2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin  Fizika kafedrasının  dosenti Tağıyeva Mətanət Camal qızının II  kurs Riyaziyyat – informatika müəllimliyi (rus bölməsi) ixtisasında  “Ümumi Fizika kursu ” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Степень свободы и их количество I закон термодинамики” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.Quliyev, Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., GDU  rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov, kafedranın 10 nəfər professor – müəllim heyəti üzvləri iştirak etmişlər.

Dos.M.Tağıyeva açıq dərsi  müasir texniki və əyani vasitələrdən  istifadə etməklə tələbələrə hərtərəfli izah etdi.  Fizika  təliminin ənənəvi  və müasir metodlarını tələbələrin iştirakı ilə müqayisəli təhlil etdi.

Dərsdən sonra tələbələrlə birlikdə açıq dərsin müzakirəsi keçirildi və açıq dərs 30  balla –  “əla”  qiymətləndirildi.