27.03.2017- ci il tarixdə Məmmədova Südabə Oktay qızının açıq dərsi keçirildi

 

27  mart 2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin  Fizika kafedrasının  baş müəllimi, Məmmədova Südabə Oktay  qızının  III kurs fizika müəllimliyi ixtisasında  “Məktəb fizika kursunun elmi əsasları” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Təzyiq. Maye və qazlarda təzyiq. Paskal qanunu. Arximed qanunu” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.Quliyev, Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., GDU  rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov., dos.E.M.Cavadov., Fizika kafedrasının professor – müəllim  heyəti üzvlərindən dos.Y.B.Namazov., dos.E.H.Mövsümov., dos.R.K.Hüseynov.,  dos.M.C.Tağıyeva.,  dos.Q.Bəylərov., baş müəllimlər S.Q.Cəfərova.,   E.M.Məmmədov., L.Ə.Rzayeva., İ.M.Mövsümova.,  müəl. A.Y.İsmayılova  iştirak etmişlər.

B\m- S.O.Məmmədova mövzunu əyani vasitələrdən  istifadə etməklə pedaqoji bacarıq nümayiş etdirərək izah etdi. Fizika  təliminin ənənəvi  və müasir metodlarını tələbələrin iştirakı ilə müqayisəli təhlil etdi.

Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs yaxşı qiymətləndirildi.