28 mart 2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Fizika kafedrasının dosenti İldırım İbrahim oğlu Qasımovun IV kurs Fizika ixtisasında “Optoelektronika” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Optik yaddaş və yaddaş elementləri” olmuşdur.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov., dos.E.M.Cavadov., Fizika kafedrasının professor – müəllim heyəti üzvlərindən 15 nəfər iştirak etmişlər.
Dos.İ.İ.Qasımov açıq dərsin gedişində əyani vasitələrdən istifadə etməklə mövzunu tələbələrə çatdırıldı.
Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs yaxşı qiymətləndirildi.