03 aprel 2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Fizika kafedrasının b/müəllimi Musayev Seyfəddin Xəlil oğlunun III kurs Fizika müəllimliyi ixtisasında “Orta məktəb fizika kursunda məsələ həlli” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Məsələ həlli üsulları” olmuşdur.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov., dos.E.M.Cavadov., Fizika kafedrasının professor – müəllim heyəti üzvlərindən 15 nəfər iştirak etmişlər.
B/Müəl.S.X.Musayev açıq dərsin gedişində əyani vasitələrdən istifadə etməklə mövzunu tələbələrə çatdırdı.
Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs “əla” qiymətləndirildi.