05 aprel 2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Fizika kafedrasının dosent İsgəndərova Səyyarə Paşa qızının III kurs Fizika müəllimliyi ixtisasında “Nüvə fizikası” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Atom nüvəsinin modelləri, nüvənin hidrodinamik – damcı modeli” olmuşdur.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov., dos.E.M.Cavadov., Fizika kafedrasının professor – müəllim heyəti üzvlərindən 15 nəfər iştirak etmişlər.
Dos. S.P.İsgəndərova açıq dərsin gedişində əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə etməklə mövzunu tələbələrə çatdırdı.
Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs “əla” qiymətləndirildi.