23 may 2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və Texnologiya kafedrasının b/müəllimi Hüseynova Gülbəniz Qurban qızının III kurs Texnologiya müəllimliyi ixtisasında “Texnologiya fənninin tədrisi metodikası” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Pedaqoji təcrübənin məqsədi, vəzifələri, növləri, müddəti, sənədləri” olmuşdur.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı prof.M.Quliyev., ÜTF və Texnologiya kafedrasının müdiri, dos.E.M.Cavadov., GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.C.İbrahimov., Fakültə Elmi metodiki şürasının sədri – dos.E.Mövsümov., ÜTF və texnologiya kafedrasının professor – müəllim heyəti üzvlərindən dos.R.Ə.Həsənov., dos.Əhədova G.R., b/m-Tağıyeva S.A., b/m-Sadıxova M.Ş., b/m- Hacıyeva B.S., b/m-Hüseynov E.C. iştirak etmişdir.
B/müəl. Hüseynova G.Q. açıq dərsin gedişində əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə çatdırdı.
Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs 27 balla “əla” qiymətləndirildi.