[metaslider id=2893]
01.11.2017 – cı il tarixdə Fizika kafedrasının b/müəllimi , pedaqogika üzrə fəlsəfə doktoru Rüstəmova Samirə Kamandir qızının “Fizika müəllimliyi” ixtisası üzrə IV kurs tələbələri ilə “Fizikanın tədrisində qarşıya çıxan problemlər” fənnindən “Müasir təlim metodları vasitəsilə keçirilən fəal interaktiv dərslər, növləri, quruluşu və mərhələləri” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.E.M.Cavadov, Fizika kafedrasının müdiri, yoxlama komissiyasının üzvü dos.N.İ.Quliyev., kafedranın professor – müəllim heyətinin üzvlərindən 16 iştirak etdilər.
B/müəl.S.K.Rüstəmova müasir tədris vasitələrindən istifadə etməklə mövzunu tələbələrə hərtərəfli çatdırdı və dərsin gedişində tələbələrin mövzuya cəlb edilməsini təmin etdi.
Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən “əla” qiymətlə qiymətləndirildi.