[metaslider id=2995]
14 noyabr 2017 – ci il tarixdə GDU – nun Fizika və texniki fənlər fakültəsinin Fizika kafedrasında 2017/2018 –ci tədris ilində elmi – nəzəri seminarların qrafikinə uyğun olaraq növbəti elmi – nəzəri seminar keçirilmişdir. Seminarda Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., professor – müəllim heyəti üzvləri, doktorant və dissertantları, Fizika müəllimliyi ixtisasının II, III və IV kurs tələbələri iştirak edirdilər.
Seminarın mövzusu “Bermud bucağı haqqında müasir nəzəriyyələr” olmuşdur. Bu mövzu ilə Fizika kafedrasının dosenti Mətanət Camal qızı Tağıyeva çıxış etmişdir. O, müasir təlim vasitələrindən istifadə etməklə (videoçarxlar, fotoşəkillər, slaydlar və s.) Bermud üçbucağı və orada baş verən hadisələrin izahı ilə əlaqədar olaraq meydana çıxmış 10 nəzəriyyə barədə ayrı – ayrılıqda ətraflı məlumat verdi. Daha sonra mövzu ətrafında kafedranın müdiri dos.N.İ.Quliyev, dosentlər E.H.Mövsümov, R.M.İmanov, S.İ.Vəliyev, S.İ.Əliyev, E.X.İsmayılov, S.P.İsgəndərova, b/m.S.X.Musayev, Fizika müəllimliyi ixtisasının II, III və IV kurs tələbələri müzakirələrdə iştirak etdirlər. Mövzu elmi populyar mövzu olduğundan seminar iştirakçılarının böyük marağına səbəb oldu.