01 dekabr 2017 – cı il tarixdə “ÜTF və texnologiya” kafedrasının baş müəllimi Verdiyeva Təranə Zahid qızının “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə III kurs tələbələri ilə “İnşaat və topoqrafik çertyojlar” fənnindən “Sanitariya texniki quruluşlarda kanalizasiya çertyojları” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi, kafedra müdiri dos.E.M.Cavadov., Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.E.X.İsmayılov., prof.E.H.Mövsümov., ÜTF və texnologiya kafedrasının professor– müəllim heyətinin üzvlərindən dos.R.Həsənov., dos.C.İ.Qarayev., b/müəl.S.A.Tağıyeva., b/müəl.E.C.Hüseynov., b/müəl.M.Ş.Sadıxova.., b/müəl.Məmmədov K.R.., kabinə müdiri A.Məmmədova iştirak etdilər.
b/müəl.T.Z.Verdiyeva ilk növbədə tələbələrin dərsə davamiyyətini yoxlayıb, sinif jurnalında qeydiyyat apardı. İKT imkanlarından istifadə edərək proyektorla kurikulum üsulundan istifadə etməklə dərsə başladı. Slaytda mövzu ilə bağlı reproduksiyaları tələbələrə göstərib, motivasiyaya uyğun sorğu apararaq, tələbələri bu sorğuya cəlb etdi.
Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən açıq dərs “əla” qiymətlə qiymətləndirildi.