[metaslider id=3190]
5 dekabr 2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika kafedrasında, kafedranın 2017 –ci il üçün elmi – nəzəri seminarların qrafikinə uyğun olaraq növbəti elmi – nəzəri seminarı keçirildi. Seminarda “Fizikada ziddiyyətlər nəzəriyyəsi” mövzusunda, kafedranın dosenti İmanov Rizvan Məhəmmədəli oğlu çıxış etdi.
Seminarda Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyev., Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev, 17 nəfər professor – müəllim heyəti üzvləri, I, II, III, IV kurs fizika müəllimliyi ixtisasının əlaçı tələbələrindən 20 nəfəri iştirak etdilər.
Çıxışın əvvəlində dos.R.M.İmanov ümumilikdə ziddiyyətlərin yaranma səbəbləri haqqında məlumat verdi. Daha sonra, video, audio materiallardan istifadə etməklə fizikada mövcud olan “Eynşteyn – Podolski – Rozlu ziddiyyəti”, “Xüsusi nisbilik prinsipi ziddiyyəti”, “Bom və Bell nəzəriyyəsi”, “Zamanın diskretliyi və nisbiliyi” haqqında maraqlı elmi məlumatlar verdi. Dos.R.M.İmanov tələbələrin çoxsaylı suallarına cavab verdi.
Seminarın sonunda mövzu ilə əlaqədar Fizika və texniki fənlər fakültəsinin dekanı prof.M.S.Quliyev, kafedra müdiri dos.N.İ.Quliyev., dos.S.İ.Vəliyev., dos.Y.B.Namazov çıxış etdilər və elmi seminarların keçirilməsinin həm professor – müəllim heyəti, həm də tələbələr üçün böyük əhəmiyyət kəsb etdiyini bildirdilər.