13 fevral 2018 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika kafedrasında növbəti elmi seminar keçirildi. Seminarda Fizika kafedrasının müdiri, dos.N.Quliyev və professor – müəllim heyəti, doktorant və dissertantları, magistrlər və yuxarı kurs tələbələri iştirak etmişlər.
Fizika kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Səyyarə Paşa qızı İsgəndərova “Qravitasiya dalğaları” mövzusunda məruzə ilə çıxış etdi. Dos.S.P.İsgəndərova əyani vasitələrdən istifadə etməklə qravitasiya dalğalarının mənbəyi, yaranması, yer səthində onun qeydiyyatı və elmdə hələ də sirr olaraq qalan bəzi məsələlərin həllində bu dalğaların əhəmiyyətinindən danışdı.
Məruzə ətrafında dos.E.Mövsümov., dos.S.Vəliyev., dos.R.İmanov., dos.Y.Namazov, b/m.S.Abdullayev çıxış etdilər.
Seminarın yekununda kafedra müdiri dos.N.Quliyev seminar iştirakçılarına təşəkkür etdi və növbəti elmi seminarın keçirilmə ta[metaslider id=3559][metaslider id=3559][metaslider id=3559]rixi barədə məlumat verdi.