[metaslider id=3671]
Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti və və Gəncə Dövlət Universiteti rəhbərliyinin təşəbbüsü ilə 01 mart 2018 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Fizika kafedrasının dosenti Rizvan Məhəmmədəli oğlu İmanovun “Kainatın yaranması və inkişaf mərhələləri” mövzusunda Gəncə şəhər ictimaiyyəti üçün açıq dərsi keçirilmişdir.
Açıq dərsdə şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhər orta məktəblərinin müəllimləri, GDU –nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dos. F.H.Məmmədov., Fizika və texniki fənlər fakültəsinin dekanı prof.M.S.Quliyev., Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev və kafedranın professor – müəllim heyəti, fakültənin I, II, III və IV kurs tələbələri və GDU –nun digər kafedralarının əməkdaşları iştirak etmişlər.
GDU –nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent F.H.Məmmədov açıq dərs iştirakçılarını GDU rektorunun adından salamladı. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Gəncə şəhər İcra hakimiyyətinin və GDU –nun rəhbərliyinin təşəbbüsü ilə şəhər ictimaiyyəti üçün açıq dərslərin keçirilməsi artıq ənənə halını almışdır. Fizika kafedrası artıq üçüncü açıq dərsi keçirir. Bu is yaxşı göstəricidir. O, bu günkü açıq dərsin dinləyicilərin marağına səbəb olacağına ümüdvar olduğunu bildirdi.
Dos.R.M.İmanov kainatın atom nüvəsindən də kiçik bir nöqtədə baş vermiş böyük partlayış nəticəsində əmələ gəldiyini qeyd edərək, müasir texniki vasitələrdən şəkil və videoçəkilişlərdən istifadə etməklə kainatın böyük partlayışdan sonrakı inkişaf mərhələləri indiki vəziyyəti və gələcəkdə kainat haqqında ehtimal olunan nəzəriyyə və fərziyyələr barədə geniş məlumat verdi. Daha sonra dos. R.M.İmanov açıq dərs iştirakçılarının çox saylı suallarına cavab verdi.
Açıq dərs ətrafında prof. M.S.Quliyev dos. N.İ.Quliyev, dos.E.H.Mövsümov., dos.S.İ.Vəliyev., dos.V.C.Rüstəmov., dos.R.K.Hüseynov., dos.M.C.Tağıyeva çıxış etdilər. GDU –nun prorektoru dos.F.H.Məmmədov öz çıxışında açıq dərsi yüksək qiymətləndirdi və yekun bildirdi.