[metaslider id=3752]
15 mart 2018 –ci il tarixdə GDU –nun Fizika kafedrasında 09.02.2018 –ci il tarixli 05(8771) saylı “Azərbaycan müəllimi” qəzetində dərc olunmuş elana əsasən Fizika kafedrasında boş olan müəllim yerini tutmaq üçün ərizə vermiş Abbasov Rəşad Akif oğlunun GDU rektorunun 26.07.2007 –ci il tarixli 5/09 saylı əmrinə əsasən açıq dərsi keçirilmişdir. Açıq dərs kafedranın profilinə uyğun olaraq Fizika fənnindən “Difraksiya. Hüygens – Frenel prinsipi. Difraksiyanın tətbiqləri” mövzusunda olmuşdur. Mövzu, Fizika fənni üzrə gizli qaydada tərtib olunmuş 10 mövzu arasından iddiaçı tərəfindən seçilmişdir.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.E.X.İsmayılov, Fizika kafedrasının müdiri, dosent N.Quliyev., kafedranın professor – müəllim heyəti üzvlərindən 20 nəfəri və tələbələr iştirak edirdilər.
R.A.Abbasov mövzunu bacarıqla müxtəlif pedaqoji üsullardan və əyani vəsaitlərdən istifadə etməklə izah etdi. Daha sonra kafedranın professor – müəllim heyəti üzvlərinin suallarına cavab verdi.
Açıq dərsdən sonra müzakirə keçirildi. Kafedra əməkdaşlarının yekdil rəyinə əsasən R.A.Abbasovun açıq dərsi yaxşı qiymətləndirildi və onun müəllim vəzifəsini tutmaq üçün kafedra iclasının müzakirəsinə buraxılması barədə qərar qəbul edildi.