03 aprel 2018 –ci il tarxidə GDU –nun Fizika kafedrasının müəllimi Mövsümova İlhamə Möhkəm qızının Fizika və texniki fənlər fakültəsinin II kurs “Fizika müəllimliyi” ixtisasında ”Fizikanın tədrisi metodikası-1” fənnindən “Fizikanın tədrisində praktik metodlar. Məsələ həlli. Məsələ həllinin təsnifatı və struktur quruluşu” mövzusunda seminar məşğələsindən açıq dərsi keçirilmişdir.
Açıq dərsdə GDU rektorunun nümayəndəsi dos.C.İbrahimov, Fizika kafedrasının müdiri dos.N.Quliyev və kafedranın professor – müəllim heyəti üzvlərindən 11 nəfəri iştirak etmişdir.
b/m. İ.M.Mövsümova açıq dərsdə tələbələrin seminar işinə hazırlığını yoxladıqdan sonra, onlara dərsin gedişini izah etdi.
Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs 30 balla “əla” qiymətləndirildi.