25.04.2018- ci il tarixdə b/müəllim Afət Həmid qızı Əliyevanın açıq dərsi keçirildi

[metaslider id=3908]

25 aprel   2018 – cı il tarixdə “ÜTF və texnologiya”  kafedrasının  baş müəllimi Əliyeva Afət Həmid qızının “Texnologiya müəllimliyi” ixtisası üzrə  I kurs tələbələri ilə “Kulinariya” fənnindən “Salatların  hazirlanması  bəzədilməsi və  süfrəyə   verilməsi texnologiyası”  mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi, kafedra müdiri  dos.E.M.Cavadov., Fakültə metod – şurasının sədri E.H.Mövsümov ., ÜTF və texnologiya kafedrasının professor– müəllim heyətinin üzvlərindən 6 nəfəri  iştirak  etdilər.

b/müəl.A.H.Əliyeva   ilk növbədə tələbələrin dərsə davamiyyətini yoxlayıb, sinif jurnalında qeydiyyat apardı. İKT imkanlarından istifadə edərək proyektordan istifadə etməklə dərsə başladı. Slaytda mövzu ilə bağlı reproduksiyaları tələbələrə göstərib, tələbələri bu sorğuya cəlb etdi.

Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən  açıq dərs 30 balla  “əla” qiymətlə qiymətləndirildi.