[metaslider id=4073]
04 may 2018 – ci il tarxidə Gəncə Dövlət Universitetində “Müasir təbiət elmlərinin və iqtisadiyyatın aktual problemləri” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir. Konfransın açılışı H.Əliyev mərkəzində olmuşdur.
Fizika bölməsi üzrə konfrans öz işini günün 2 – ci yarısında GDU – nun Fizika və texniki fənlər fakültəsində davam etdirmişdir. Fizika və texniki fənlər fakültəsinin dekanı professor Muğan Quliyev bölmənin iclasını açaraq, konfransda iştirak etmək üçün Bakı Dövlət Universitetindən, dəvət olunmuş prof.E.Ə.Məsimovu, prof.V.M.Salmanovu, prof. Ə.Hüseynovu, Azərbaycan Dövlət İqtisad Universitetindən dəvət olunmuş prof.R.M.Rzayevi., prof.M.M.Tağıyevi, prof.R.F.Babayevanı, AMEA –nın Radiasiya Problemləri Universitetindən dəvət olunmuş prof.R.C.Mədətovu və digər konfrans iştirakçılarını salamladı və konfransın işinə uğurlar arzuladı.
Daha sonra konfransda məruzə ilə GDU –nun Yarımkeçiricilər fizikası kafedrasının müdiri prof.V.M.Salmanov, həmin kafedranın müdiri prof.E.Ə.Məsimov., AMEA –n Radiasiya Problemləri İnstitutunun şöbə müdiri prof.R.C.Mədətov, Azərbaycan İqtisad Universitetinin Fizika kafedrasının müdiri, prof.R.M.Rzayev, prof.R.F.Babayeva, GDU –nun Fizika kafedrasının müdiri, dos.N.İ.Quliyev, həmin kafedranın müəllimi A.Y.Həmzəyeva və digərləri çıxış etdilər.
Konfransın birinci gününün sonunda gələn qionaqlar adından prof.V.M.Salmanov konfransın işinə yaradılan şərait üçün GDU-nun rektoru prof.Y.Ə.Yusibova Fizika və Texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyevə təşəkkür etdi.