[metaslider id=4166]
08 may 2018 –ci il tarxidə GDU –nun Fizika kafedrasının b/müəllimi İmanova Sevinc Ramazan qızının III(2) – III(3) kurs “Fizika müəllimliyi” ixtisasında “Astronomiyanın tədrisi metodikası” fənnindən “Klassik astronomiyanın əsas elementləri. Bürclər. Günəşin günlük hərəkəti. Günəş təqvimi” mövzusunda açıq dərsi keçirilmişdir.
Açıq dərsdə GDU rektorunun nümayəndəsi dos.C.İbrahimov, Fizika kafedrasının müdiri dos.N.Quliyev və kafedranın professor – müəllim heyəti üzvlərindən 8 nəfəri iştirak etmişdir.
b/müəllim S.R.İmanova açıq dərsin məqsədi; iştirak edənlər barədə tələbələrə məlumat verdikdən sonra, əvvəlki mövzu ətrafında tələbələrlə sorğu keçirdikdən sonra, yeni mövzunu müasir təlim vasitələrindən istifadə etməklə ətraflı izah etdi. İzahatında xüsusi bacarıq və pedaqoji ustalıq nümayiş etdirdi.
Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs 28 balla “əla” qiymətləndirildi.