[metaslider id=4189][metaslider id=4189[metaslider id=4189]
MƏZUN GÜNÜ
16 may 2018 – ci il tarixində Fizika və texniki fənlər fakültəsində məzun gününə həsr edilmiş tədbir keçirildi. Tədbir GDU – nun II tədris binasının zalında oldu.
Fakültənin professor – müəllim, tədris möməkçi heyəti və aşağı kurs tələbələri məzunları təbrik etmək üçün zala toplaşmışdı. Universitetin Humanitar Məsələlər üzrə prorektoru, dosent Gülsüm xanım Fətəliyeva tədbirə dəvət edilmişdi.
İlk olaraq söz G.Fətəliyevaya verildi. O, əlamətdar gün münasibətilə məzunları təbrik etdi, onlara həyatlarının bundan sonra başlayacaq yeni mərhələsində uğurlar arzuladı. Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının elmə, təhsilə, gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan söz açdı.
Sonra fakültənin dekanı professor Muğan Quliyev çıxış etdi. O, da məzunları təbrik etdi. Onlara Universitetimizdə oxuduqları müddətdə aldıqları bilik və bacarıqları işləyəcəkləri yerlərdə tətbiq edərək, ölkəmizin inkişafına və çiçəklənməsinə öz töhvələrini verməklərini tövsiyyə etdi . O qeyd etdi ki, tələbələrimizin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılmışdır. Geniş və işıqlı auditoriyalar, laboratoriyalar tələbələrin ixtiyarındadır və onlara yüksək ixtisaslı alim – müəllimlər dərs keçir. Universitet rəhbərliyi, hörmətli rektorumuz professor Yusif Yusibov Universitetimizdə bu şəraitin yaradılması üçün daim diqqət göstərir. Bütün bu işlər isə ölkə başçısı, möhtərəm prezidentimiz İlham Əliyevin yorulmadan həyata keçirdiyi təhsil siyasətinin nəticəsidir.
Tədbirdə məzunlarımızdan təsviri incəsənət müəllimliyi ixtisasının IV kurs tələbələri Əliyeva Təhminə və Nağıyeva Cəmilə, texnologiya müəllimliyi ixtisasının IV kurs tələbəsi Hüseynli Səbinə çıxış etdilər və Universitetdə aldıqları yüksək təhsil və qayğıya görə fakültə dekanına, müəllimlərinə, Universitet rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.
IV kurs tələbələrinin tyutoru baş müəllim Nuranə Verdiyeva öz çıxışında məzunları uğurlayaraq onlara ən yaxşı və səmimi arzularını söylədi, gələcəkdə də universitet və fakültə ilə daim əlaqə saxlamağı onlara məsləhət gördü.
Tədbirdə bir – birindən maraqlı musiqi nömrələri təqdim edildi. Musiqi proqramının hazırlanmasında fakültəmizin təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin əməyini qeyd etmək lazımdır. Eyni zamanda tədbirin bədii – musiqi bölməsinin hazırlanmasında universitetmizin iqtisadiyyat – idarəetmə fakültəsinin tələbələrinin köməyini də qeyd etmək istərdik.
Tədbiri fakültə dekanlığı və Fakültə TGT (sədri- II kurs tələbəsi Əliyeva Əminə) birlikdə hazırlamışdılar.