[metaslider id=4370]
23 may 2018 – cı il tarixdə “ÜTF və texnologiya” kafedrasının baş müəllimi Hacıyeva Bahar Sabir qızının “Texnologiya müəllimliyi” ixtisası üzrə II kurs tələbələri ilə “Materialşünaslıq” fənnindən “ Metalların torna dəzgahında emalı” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi, ÜTF və texnologiya kafedrasının müdiri dos.E.M.Cavadov., Fizika kafedrasının müdiri, dos.N.Quliyev., ÜTF və texnologiya kafedrasının professor – müəllim heyəti üzvlərindən: dos.M.Yusifov., dos.G.R.Əhədova., b/m-M.Sadıxova., b/m.T.Verdiyeva., labor.müdiri – A.Quliyeva., b/lab.-Q.Ələkbərova iştirak etdilər.
b/m.B.Hacıyeva ilk növbədə tələbələrin dərsə davamiyyətini yoxlayıb, sinif jurnalında qeydiyyat apardı. İKT imkanlarından istifadə edərək proyektordan istifadə etməklə dərsə başladı. Slaytda mövzu ilə bağlı reproduksiyaları tələbələrə göstərib, tələbələri bu sorğuya cəlb etdi.
Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən açıq dərs 29 balla “əla” qiymətlə qiymətləndirildi.