[metaslider id=4753]
10 oktyabr 2018 – cı il tarixdə “Fizika” kafedrasının dosenti Namazov Yəhya Binnət oğlunun “Fizika müəllimliyi” ixtisası üzrə II kurs tələbələri ilə “Elektrik və maqnetizm” fənnindən “Dielektriklər. Dielektriklərin növləri. Dielektriklərin polyarlaşması” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof. M.S.Quliyev, Fakültə elmi şurasının sədri, Fizika kafedrasının müdiri, dos.N.Quliyev., kafedranın professor – müəllim heyəti üzvlərindən 8 nəfər iştirak edirdilər.
Dos.Y.B.Namazov açıq dərsin məqsədi; iştirak edənlər barədə tələbələrə məlumat verdikdən sonra, əvvəlki mövzu ətrafında tələbələrlə sorğu keçirdikdən sonra, yeni mövzunu müasir təlim vasitələrindən istifadə etməklə ətraflı izah etdi.
Açıq dərsdən sonra Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyevin, Fakültə tədris–metodiki şuranın sədri dos.N.İ.Quliyevin və tələbələrin iştirakı ilə açıq dərsin müzakirəsi keçirildi.