[metaslider id=4811]
18 oktyabr 2018 – ci il tarixdə Fizika və Texniki fənlər fakültəsində Azərbaycanın Müstəqillik gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə fakültənin professor – müəllim və tədris – köməkçi heyəti, tələbələr iştirak edirdi.
GDU –nun Humanitar Məsələlər üzrə prorektoru dosent Gülsüm xanım Fətəliyeva tədbirə dəvət edilmişdi.
Tədbir Azərbaycan Dövlət Himninin zalda iştirak edənlər tərəfindən canlı oxunması ilə başlandı.
İlk çıxış üçün söz Gülsüm Fətəliyevaya verildi. O, qeyd etdiyimiz günün Azərbaycan xalqının və onun dövlətçiliyinin həyatında tutduğu əhəmiyyətli yeri qeyd etdi və göstərdi ki, 27 il öncə Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etmişdir. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətindir. Bu şərəfli işi Azərbaycan xalqı məhz böyük öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirmişdir. Müasir və müstəqil Azərbaycan dövlətçiliyi Ümummilli lider Heydər Əliyevin şah əsəridir. Onun sözləri ilə desək Azərbaycan dövlətinin müstəqilliyi əbədidir, daimidir, dönməzdir. Müsdtəqilliyimizin bu günkü təminatçısı isə Heydər Əliyevin siyasi varisi olan möhtərəm prezidentimiz İlham Əliyev və onu dəstəkləyən Azərbaycan xalqı və onun möhkəm iradəsidir.
Sonra fakültə tələbələri Müstəqillik gününə həsr edilmiş şeirlər səsləndirdilər.
Tədbiri fakültə dekanı, professor Muğan Quliyev yekunlaşdırdı. O, da müəllim və tələbələri böyük bayram münasibəti ilə təbrik etdi. Müstəqiulliyimizin qorunmasında və onun qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolunu qeyd etdi. Göstərdi ki, 1993 – cü ilin iyunun 15 – də Heydər Əliyev hakimiyyətə gəlməsə 1991 – ci ilin 18 Oktyabrında elan etdiyimiz müstəqilliyimizi itirərdik. Çıxışın sonunda o, ölkəmizin gələcəyi olan gəncləri yaxşı oxumağa və yüksək səviyyəli mütəxəssis kimi yetişərək vətənimizin inkişafına öz töhfələrini verməyə hazır olmalarını arzuladı.