[metaslider id=4991]
01 noyabr 2018 – cı il tarixdə “Təsviri incəsənət” kafedrasının dosenti Akif Əlirza oğlu Hüseynovun “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə I kurs tələbələri ilə “Rəngkarlıq” fənnindən “Açıq fonda 2 -3 əşyadan ibarət natürmortun etüdü” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə GDU – rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov., Fizika və Texniki fənlər fakültəsinin dekanı, professor M.S.Quliyev., Təsviri incəsənət kafedrasının professor – müəllim heyəti üzvlərindən 5 nəfəri iştirak etdilər.
Dos.A.Ə.Hüseynovun açıq dərsinin təşkilati hissəsi normal idi. Müəllim proyektordan istifadə edərək rəsmin qurulması qaydasını nümayiş etdirdi. Dərsə aid çoxlu əyani vəsaitlər hazırlamışdır.
Demək olar ki, dərsin aparılması müasir tələblərə cavab verirdi. Ümumiyyətlə, Akif müəllim keçdiyi açıq dərsi müasir informasiya texnologiyaları vasitəsilə keçdi.
Ümumilikdə keçirilən açıq dərs əla qiymətləndirildi.
Açıq dərs müəllim və tələbələr tərəfindən “əla” qiymətlə qiymətləndirildi.