[metaslider id=5026]
Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağı 72 ildən sonra – 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Ali Məclisin sessiyasında muxtar respublikanın Dövlət Bayrağı kimi qəbul edilib. Eyni zamanda, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılıb.
Hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
8 noyabr 2018 –ci il tarxidə Gəncə Dövlət Universitetinin II Tədris binasında “9 noyabr–Dövlət Bayrağı günü” münasibətilə tədbir keçirildi.
Tədbirdə Universitetin Humanitar Məsələlər üzrə prorektoru, dosent Gülsüm xanım Fətəliyeva, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Qasımova Afaq Qulam qızı, digər fakültələrinin professor – müəllim heyəti , Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.Muğan Quliyev., Humanitar işlər üzrə dekan müavini Sabir Abdullayev ilə birgə tələbələr də iştirak edirdi. Tədbirdə Fakültəmizin tələbələri çıxış edərək dövlətə, dövlətçiliyə, bayrağa həsr olunmuş şeirlər söylədilər, mahnılar oxudular, rəqs etdilər. Fakültəmizin tələbələri : Ağamirova Roza, Yasər Tağlı “Almanı atdım xarala” rəqsi ilə, Nəzmiyyə Quliyeva – “Azərbaycan” şeiri, Röya Mövlayeva, Nəzmiyyə Quliyeva “Azərbaycan–Türkiyə” şeiri və Vasif Paşayev – “Azərbaycan” mahnısı ilə çıxış etdilər.