[metaslider id=5131]
13 noyabr 2018 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının növbəti elmi seminarı keçirilmişdir. Seminarda Fizika kafedrasının 20 nəfər professor – müəllim heyəti üzvləri, fizika müəllimliyi ixtisasının IV kurs tələbələri iştirak edirdilər.
Kafedra müdiri dos.Niyazi Quliyev seminarda “İnsanın məxsusi fiziki sahələri” mövzusunda məruzə ilə çıxış etdi.
Dos.N.İ.Quliyev insan orqanizmində mövcud olan elektrik və maqnit sahələri, optik və akustik sahələrdən, insan bədənindən, infraqırmızı, aşağı və yüksək tezlikli şüalanmalardan və bu istiqamətdə aparılan müasir elmi – tədqiqat işlərindən alınmış nəticələrin tibbdə, biologiyada tətbiqlərindən danışdı. Məruzənin sonunda dos.N.İ.Quliyev, professor – müəllim heyətinin, tələbələrin çoxsaylı suallarını cavablandırdı.
Məruzə ətrafında müzakirələrdə dos.E.Mövsümov, dos.Y.Namazov., dos.S.İsgəndərova, dos.M.Tağıyeva., b/m.S.İmanova., b/m-E.Məmmədov., dos.V.Rüstəmov və başqaları çıxış etdilər.
Çıxışlardan sonra növbəti elmi seminarın mövzusu (“Ultrabənövşəyi fəlakət”) və tarixi (20.XI.2018 –ci il) elan olundu.