[metaslider id=5240]
16 noyabr 2018 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının müəllimi Kazımova Aygün İsgəndər qızının I kurs “Fizika müəllimliyi” ixtisasında “Mexanika” fənnindən “Elastiki yayın uzanması zamanı görülən işin təyini” mövzusunda açıq dərsi keçirilmişdir.
Açıq dərsdə GDU rektorunun nümayəndələri dos.C.İbrahimov., dos.E.M.Cavadov Fizika kafedrasının müdiri, fakültə tədris metodiki şurasının saədri dos.N.Quliyev, kafedranın professor – müəllim heyəti üzvlərindən 13 nəfəri iştirak edirdi.
Müəllim A.Kazımova tədris etdiyi mexanika fənnindən laboratoriya məşğələsi üzrə yerinə yetiriləcək mövzular üzrə nəzəri məlumatları tələbələrə çatdırdı. Daha sonra tələbələrlə mövzuların nəzəri hissəsini, işin gedişini birlikdə müzakirə etdi və tələbələr laboratoriya işlərini müəllimin nəzarəti altında yerinə yetirdilər.
Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 25 balla “yaxşı” qiymətləndirildi.