[metaslider id=5462]
1 fevral 2019 – cu il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının növbəti elmi – seminarı keçirilmişdir.
Seminarda kafedranın professor – müəllim heyəti üzvləri və tələbələr iştirak edirdilər. Kafedranın dosenti Yəhya Namazov seminarda “Süni atmosfer hadisələri” mövzusunda çıxış etdi. O, əyani vasitələrdən istifadə etməklə süni yağış yağdırma, qar yağdırma kimi süni atmosfer, eləcədə qütb parıltıları, səmadakı rənglər, ilğım kimi təbii atmosfer hadisələri haqqında geniş məlumat verdi.
Daha sonra dos.Y.Namazov seminar iştirakçılarının çox saylı suallarına cavab verdikdən sonra, mövzu ətrafında müzakirələr başladı. Müzakirələrdə kafedra müdiri dos.N.Quliyev, dos.R.İmanov, b/m.S.Abdullayev, b/m.S.İmanova, dos.S.İsgəndərova çıxış etdilər.
Seminarın sonunda kafedra müdiri dos.N.Quliyev maraqlı mövzu üçün dos.Y.Namazova, fəal müzakirələrə görə isə professor – müəllim heyətinə təşəkkür etdi.
Kafedranın növbəti seminarının 08 fevral 2019 –cu ildə keçirilməsi qərara alındı.