[metaslider id=5791]15.03.2019- cu il tarixdə dos. İsgəndərova Səyyarə Paşa qızının açıq dərsi keçirildi
15 mart 2019 – cu il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının dosenti İsgəndərova Səyyarə Paşa qızının III kurs Fizika müəllimliyi ixtisasında “Nüvə fizikası” fənnindən “Nüvənin rabitə enerjisi. Bir nuklona düşən rabitə enerjisi. Kütlə defekti” mövzusunda açıq dərsi keçirilmişdir.
Açıq dərsdə Fizika kafedrasının müdiri dos.N.Quliyev, kafedranın professor – müəllim heyəti üzvlərindən dos.M.Tağıyeva, dos.R.K.Hüseynov., dos.R.İmanov., dos.Y.Namazov., b/m.p.f.d.S.Rüstəmova., b/m.L.Rzayeva., müəllimlər K.Veysova., A.Kazımova., R.Abbasov və başqaları iştirak edirdilər.
Dos.S.İsgəndərova açıq dərsi tələbələrlə kommunikativ əlaqələr quraraq, əvvəlki mövzunun təkrarı ilə başladı. Daha sonra müasir kompüter texnikasından istifadə etməklə yeni dərsin mövzusunu izah etdi. Yeni mövzunu izah edərkən dos.S.İsgəndərova riyazi aparatlardan istifadə edirdi və bu zaman pedaqoji ustalıq nümayiş etdirdi.
Açıq dərsin sonunda dos.S.İsgəndərovanın açıq dərsinin tələbələrin və müəllimlərin iştirakı ilə müzakirəsi keçirildi.
Açıq dərs 29 balla “əla ”qiymətləndirildi.