FİZİKA KAFEDRASININ B/MÜƏLLİMİ SEVİNC RAMAZAN QIZI İMANOVANIN DİSSERTASİYA İŞİNİN İLKİN MÜDAFİƏSİ

[metaslider id=6100]FİZİKA KAFEDRASININ B/MÜƏLLİMİ SEVİNC RAMAZAN QIZI İMANOVANIN  DİSSERTASİYA İŞİNİN İLKİN MÜDAFİƏSİ

TƏBRİK    EDİRİK!

24 aprel 2019 –cu il tarixdə Gəncə Dövlət Universitetinin Fizika kafedrasının genişləndirilmiş iclasında  kafedranın baş müəllimi və dissertantı  İmanova Sevinc Ramazan qızının fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi 2220.01 – “Yarımkeçiricilər  fizikası” ixtisası  üzrə “Магнитные и электрические характеристики композитов на основе  медифицированного магнитными частицами бентонима и полиэтилена” mövzusunda  dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.  Müzakirədə Fizika kafedrasının 33 nəfər professor – müəllim heyəti üzvləri və dəvət olunanlar: Azərbaycan  Texnologiya Universitetinin professoru, texn.elm.doktoru, E.Namazov., həmin  Universitetin professoru, fizika üzrə elm.dok. M.Cəfərov., GDU –nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, texn. fəlsəfə dok., dosent F.Məmmədov., İnformatika kafedrasının müdiri, f.r.f.d.,dosent Ə.Aslanov., Ümumi riyaziyyat kafedrasının dosenti f.r.f.d. R.Məmmədov., Riyazi analiz kafedrasının baş müəllimi, r.f.d.A.Qasımova., ÜTF və texnologiya kafedrasının müdiri,  texn. fəlsəfə dokt.,dosent E.Cavadov., həmin kafedranın dosenti, texn. fəlsəfə dokt., Magistratura şöbəsinin  müdiri E.K.Yaqubov iştirak edirdilər.

İclasın sədri Fizika kafedradının müdiri, dos.N.İ.Quliyev iclas iştirakçılarını gündəlikdə duran məsələ ilə tanış etdi. Daha sonra iddiaçı S.İmanova haqqında  ətraflı  məlumat verdi və iclas iştirakçılarının yekdil rəyi ilə çıxış üçün 20 dəqiqə reqlament müəyyən edildi.

b/m.S.İmanova kompüter texnikasından  istifadə etməklə dissertasiya  işi üzrə çıxış etdi.

Daha sonra S.İmanovaya  f.e.d. professor M.Cəfərov., dos.E.Mövsümov., dos.E.Yaqubov.,  dos.V.Rüstəmov., prof.E.Namazov., dos.Y.Namazov., dos.F.Məmmədov.,  dos.R.Hüseynov.,  dissertasiya işi üzrə suallar verdilər.  S.İmanova bütün sualları cavablandırdı.

Sonra çıxışlar başladı. Dissertasiya işinin müzakirəsində dos.F.Məmmədov., prof.M.Cəfərov., prof.E.Namazov., dos.N.Quliyev çıxış etdilər və b/m. S.İmanovanın  çıxışını  bəyəndiklərini bildirərək ona uğurlar arzuladılar.

Fizika kafedrasının iclasının qərarı ilə S.R.İmanovanın fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işini Dissertasiya Şurasına  təqdim  edilməsinin məqsədəuyğunluğu və onu fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğu barədə qərar qəbul edildi.

TƏBRİK   EDİRİK!    UĞURLARI  BOL OLSUN!