[metaslider id=6344]
7 may 2019 – cu il tarixində Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96 –cı ildönümünə həsr edilmiş tədbir keçirildi. Fakültə dekanlığının və fakültə TGT-nin hazırladığı möhtəşəm tədbir GDU-nun II Tədris binasının akt zalında təşkil edilmişdi.
Tədbirdə fakültəmizin bütün ixtisas və qruplarını təmsil edən tələbələr və fakültənin professor – müəllim və texniki heyəti iştirak edirdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və tədbir iştirakçıları tərəfindən oxunması ilə başlandı.
Sonra Fakültə dekanı prof. Muğan Quliyev çıxış etdi. O, Ulu öndər Heydər Əliyevin keçdiyi uzun və şərəfli həyat yolu, siyasi fəaliyyəti haqqında məzmunlu çıxış etdi. Qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin qurucusudur. O, xalqımızı səfərbər edərək bu dövləti qurmuş, onun müstəqillliyini daimi əbədi və dönməz olması üçün lazım olan bütün işləri həyata keçirmişdir. 2003 –cü ildən başlayaraq Ulu öndərin bu işini onun siyasi irsinin davamçısı möhtərəm prezidentimiz İlham Əliyev ləyaqətlə davam etdirir.
Çıxışdan sonra fakültə tələbələrinin və musiqi kollecinin tədbirə dəvət edilmiş tələbələrinin bir qrupunun hazırladıqları rəngarəng musiqili – ədəbi proqram təqdim edildi.
Tədbirin hazırlanmasında fakültənin TGT-nin sədri, təsviri incəsənət müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Əminə Əliyevanın əməyini xüsusi qeyd etmək lazımdır.