[metaslider id=6709]
29 sentyabr 2019 – cu il tarixdə Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı və “Regional İnkişaf” İctimai Birliyin dəstəyi ilə “V1 CHALLENGE GƏNCƏ” – İdman avtomobillərinin yarışı və şousu keçirilib.
H.Əliyev park kompleksi ərazisində 20 mindən çox tamaşaçının izlədiyi yarış həyəcan dolu anlar, maraqlı tryuklarla yadda qalıb.
Drift yarışları üzrə pilotlar Elvin Xudaverdiyev I yer, Adil Axundov II yer, Fəxri Gülməmmədov isə III yerin qalibi olub.
V1 CHALLENGE – yarışında isə pilot Fərid Məmmədov I yer, Azad Hüseynov II yer, Mətin Orucov isə III yerə sahib oldu.