5 dekabr 2019 – “Beynəlxalq Könüllülər Günü”

5 dekabr 2019 – “Beynəlxalq  Könüllülər  Günü”

Gəncə şəhərində 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə tədbir baş tutub. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətində təşkil olunan  könüllü fəaliyyətini uğurla başa vuran gənclərə sertifikatlar təqdim olunub.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Kəpəz  rayon  İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, AMEA Gəncə Regional bölməsinin sədri Fuad Əliyev, Millət vəkilləri Naqif Həmzəyev və Pərvin Kərimzadə, GDU –nun rektoru prof.Yusif Yusibov, Tələbə və Könüllü gənclər iştirak edirdilər.

Rəsmi hissəsindən əvvəl qonaqlar Gəncə şəhər İcra Hakimiyyətində könüllü olmuş Universitetimizin  Təsviri İncəsənət müəllimliyi ixtisasının IV kurs tələbəsi Əminə Əliyevanın əl işlərindən ibarət  sərgisinə baxdılar.

 Fakültəmizin tələbəsi xüsusi istedadına görə Tərifnamə ilə təltif edildi.

Təbriklər..