Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan Gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.
Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Azərbaycan əhalisinin 2,8 milyonu və ya 31 % -i gənclərdir. Gənclər dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar.
Bu önəmli işdə Fizika və texniki fənlər fakültəsində çalışan və təhsil alan gənclərin də payı vardır. 2 Fevral – Gənclər günü münasibətilə Heydər Əliyev Mərkəzində keçirilən sərgi və tədbirdə Təsviri İncəsənət kafedrasının professor – müəllim heyətinin bir neçə üzvləri və “Təsviri incəsənət müəllimliyi” ixtisasının tələbələridə iştirak etmişlər.
Müəl.Kazımova Xəyalə Eyvaz qızı, müəl.Tağıyeva Ruqiyyə Akif qızı sərgidə öz əl işlərini nümayiş etdirmişlər.