20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILIB

1990-cı ilin 20 Yanvar hadisələrindən 31 il keçir.

Gəncədə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Mərasimdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və professor-müəllim heyəti də iştirak ediblər.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

20 Yanvar qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizi dərin hüznlə, böyük ehtiramla, qürurla yad edir və uca Allahdan onlara rəhmət diləyirik!