18 fevral 2021- ci il tarixdə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalıb Qasımov Gəncə rəssamları ilə online görüş apardı.
Bu Görüşdə Gəncə Dövlət Universitetinin Fizika və Texniki Fənlər fakültəsinin Təsviri incəsənət kafedrasının müəllimləri də iştirak edirdi.
Söhbətin əsası Gəncə rəssamlarının problemləri, Gəncə şəhərində rəsm qalereyasının olmaması, Gəncə rəssamlarının yaradıcı emalatxanalarının olmaması idi. Hər bir rəssam çıxış edərək öz fikirlərini söylədi.
Dövlət Rəsm Qalereyasının direktoru Qalıb Qasımov bildirdi ki, Gəncə şəhərində yaxın gələcəkdə Rəsm qalereyasının olmasına yaxından köməklik edəcəkdir.
Bu baxımdan Təsviri İncəsənət kafedrasının müəllimləri Dövlət Rəsm Qalereyasının direktoru Qalıb Qasımova öz təşəkkürlərini bildirdilər.