ULU ÖNDƏRİN ANADAN OLMASININ 98-Cİ İDÖNÜMÜ İLƏ ƏLAQƏDAR BEYNƏLXALQ KONFRANS

Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Beynəlxalq konfransda Rusiyadan, Özbəkistandan, Dağıstandan, Makedoniyadan, Türkiyədən, Gürcüstandan və digər ölkələrdən onlarla alim iştirak etmişdir.

Konfransı giriş sözü ilə Gəncə Dövlət Universitetinin rektoru, kimya elmləri doktoru, professor Yusif Yusibov açaraq konfrans iştirakçılarını salamlamış, tədbirin əlamətdar bir dövrdə, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsində keçirilməsini diqqətə çatdırmışdır

“Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda keçirilən Beynəlxalq konfransda iki gün ərzində  biologiya, kimya, fizika və iqtisadiyyat bölmələri üzrə 300-ə yaxın məruzənin dinlənilməsi nəzərdə tutulmuşdur.

Konfransa 200-dən çox məruzə təqdim edilmişdir. 300-dən çox tədqiqatçı konfransa qatılmışdır. Beynəlxalq konfrans mayın 7-də bölmə iclaslarda öz işini davam etdirəcəkdir.

“Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” beynəlxalq konfarns  Ümummilli lider H.Ə.Əliyevin anadan olmasının 98 –ci ildönümünə həsr olunmuşdur.  Tədbir  növbəti iş günündə bölmələr üzrə çıxışları baş tutmuşdur.

 Fizika  bölməsində Fizika və texniki fənlər  fakültəsinin dekanı, prof. M.S.Quliyev  iştirakçıları salamlayaraq   pandemiya şəraitində  keçirilən konfarnsın əhəmiyyətini vurğuladı. Qeyd etmişdir ki, bu gün Azərbaycan elmi sürətli inkişaf yolundadır və uğurların əldə olunması Ulu Öndərin adı ilə bağlıdır.