22 noyabr 2021 –ci il tarixdə “Təsviri incəsənət” kafedrasının baş müəllimi Həsənova Emilya Məmməd qızının “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə III kurs tələbələri ilə “Təsviri incəsənət və onun tədrisi metodikası” fənnindən “Dekorativ rəsm məşğələsi üçün əyani vəsaitin hazırlanması” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fakültə dekanı, prof. M.S.Quliyev, Təsviri incəsənət kafedrasının müdiri, prof. M.M.Məmmədov və Təsviri incəsənət kafedrasının professor – müəllim heyəti üzvlərindən dos. A.Ə.Hüseynov., b/m.Ə.P.Məhərrəmov və müəl.A.Ə.Məmmədova iştirak etdilər.
b/m.E.M.Həsənova dərsə yaxşı hazırlaşmışdı. Dərs prosesində yeni mövzunun izahı zamanı əyanilik prinsipinə və müasir kommunikasiya texnologiyalarından istifadə etdi.
Açıq dərsin gedişi tələbələr və müəllim heyəti tərəfindən “qənaətbəxş” qiymətləndirildi.