01.XII.2021- ci il tarixdə b/müəl. Verdiyeva Nuranə Əlişir qızının açıq dərsi keçirildi
01 dekabr 2021- ci il tarixdə Fizika və texniki fənlər fakültəsində I kurs Fizika müəllimliyi ixtisasında Fizika kafedrasının müəllimi Verdiyeva Nuranə Əlişir qızının “Mexanika” fənnindən “Elastiqiyyat modulunun əyilmə üsulu ilə təyini” mövzusunda açıq laboratoriya dərsi keçirilmişdir.
Açıq dərsdə Fizika kafedrasınınmüdiri dos.N.İ.Quliyev. Fakültə Metodiki Şurasının sədri dos.M.C.Tağıyeva, GDU – rektorunun nümayəndəsi dos.E.M.Cavadov., Fizika kafedrasının dosenti R.K.Hüseynov., dos.S.P.İsgəndərova., b.m.S.R.İmanova., müəl.T.T.Tahirova., müəl.A.İ.Kazımova iştirak edirdilər.
Müəl. N.Ə.Verdiyeva açıq dərsin əvvəlində mexanika fənni üzrə mühazirədə keçilmiş mövzular üzrə tələbələrin fərdi xüsusiyyətlərini nəzərə almaqla və tələbələrlə kommunikativ əlaqələr quraraq sorğu – sual keçirdi. Daha sonar açıq dərs8in mövzusu ilə əlaqədar geniş nəzəri məlumat Verdi və elastiqiyyat modulunu təyin etmək üçün təcrübəni özü icra etdi və tələbələr müstəqil laboratoriya işini yerinə yetirməyə başladılar.
Açıq dərsin sonunda tələbələrin iştirakı ilə qiymətləndirmə keçirildi və açıq dərs 28 balla “əla” qiymətləndirildi.