ANIM günü
13 yanvar 2022 – ci il tarixdə Fizika və texniki fənlər fakültəsində 20 yanvar Ümumxalq Hüzn gününə həsr edilmiş tədbir keçirildi.
Tədbir fakültə dekanlığı və fakültə tələbə gənclər təşkilatı tərəfindən hazırlanmışdı. GDU –nun Humanitar Məsələlər üzrə prorektoru, dosent Gülsüm xanım Fətəliyeva da tədbirdə iştirak edirdi.
20 yanvar Şəhidlərinin, vətənimizin azadlığı, müstəqilliyi və bölünməzliyi uğrunda canından keçmiş digər şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə prorektor, dos.G.Fətəliyeva və fakültə dekanı, prof.M.S.Quliyev çıxış etdilər.
1990 – cı ilin Qanlı Yanvar hadisələri zamanı Vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayətdir. Bu hadisələr Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsədə, eyni zamanda, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi.
Sonra fakültə tələbələri hazırladıqları proqramı təqdim etdilər.
Allah Şəhidlərimizə rəhmət eləsin!