“Fizikadan fənn kurikulumu” fənnindən “Qiymətləndirmə anlayışına yeni yanaşmalar”mövzusunda açıq dərs

Müəllim Tahirova Tünzalə Tahir qızının açıq seminar dərsi.

28 mart 2022- ci il tarixdə  Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin II  kurs Fizika müəllimliyi ixtisasında Fizika kafedrasının  müəllimi Tahirova Tünzalə Tahir qızının “Fizikadan fənn kurikulumu” fənnindən “Qiymətləndirmə anlayışına yeni yanaşmalar”mövzusunda  açıq seminar dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof. M.S.Quliyev, Fizika kafedrasının müdiri  dos.N.İ.Quliyev, dos.M.C.Tağıyeva., müəl.f.f.d.A.Y.Həmzəyeva, müəllimlər A.İ.Kazımova., İ.A.Seyidova  iştirak edirdilər.

T.T.Tahirova  açıq dərsdə iştirak edənləri salamladıqdan sonra tələbələri açıq dərsin  mövzusu ilə tanış etdi. Əyani və texniki vəsaitlərdən istifadə edərək mövzunu tələbələrə izah etməyə başladı. Bu zaman yüksək pedaqoji ustalıqla  tələbələri mövzunun izahına cəlb etdi. Fizikadan  ayrı – ayrı anlayışların izahı, mənimsənməsi üçün qruplar yaratdı və daha sonra qiymətləndirmənin növlərini tələbələrə izah etdi. Açıq dərsin gedişində T.Tahirova  tələbələrin fərdi xüsusiyyətlərini bacarıqla nəzərə alırdı.

Açıq dərsin sonunda tələbələrin iştirakı ilə T.Tahirovanın açıq dərsi 26 balla “yaxşı” qiymətləndirildi.