30 mart 2022- ci il tarixdə GDU –nun Fizika və texniki fənlər fakültəsində I kurs fizika müəllimliyi ixtisasında Fizika kafedrasının baş müəllimi Mövsümova İlhamə Möhkəm qızının “Fizikada əsas anlayışlar və onların tədrisi” fənnindən “Molekulyar kinetik nəzəriyyənin əsas anlayışları. İdeal və real qazları xarakterizə edən, köçürmə hadisələrini təsvir edən əsas fiziki anlayışlar və onların tədrisi” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə GDU–nun tədris işləri üzrə prorektoru dos.Ş.N.Xurşudov., Fizika və texniki fənlər fakültəsinin dekanı prof.M.S.Quliyev., Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., dos. V.C.Rüstəmov., dos.Y.B.Namazov., dos.S.P.İsgəndərova., dos.R.K.Hüseynov., baş müəllimlər: S.X.Musayev., E.M.Məmmədov., S.R.İmanova., müəllimlər: f.f.d.A.Y.Həmzəyeva., R.M.Veysova., R.A.Abbasov., T.T.Tahirova., X.Ə.Xavəri., İ.A.Seyidova iştirak edirdilər.
B/m. İ.M.Mövsümova açıq dərsdə iştirak edən GDU –nun tədris işləri üzrə prorektoru dos.Ş.N.Xurşudovu, Fakültə dekanı prof.M.S.Quliyevi., Fizika kafedrasının müdiri dos.N.İ.Quliyevi və kafedranın professor – müəllim heyəti üzvlərini salamladıqdan sonra mövzunun tədrisinə keçdi. Kompyuter texnikasından istifadə etməklə tələbələri seminarın mövzu planı ilə tanış etdi.
B/m. İ.M.Mövsümova tələbələrə kommunikativ əlaqələr quraraq, onların fərdi xüsusiyyətlərini nəzərə alaraq, MKN –nin ideal və real qazların xarakterizə edən əsas fiziki anlayışları pedaqoji ustalıqla tələbələrə izah etdi və onların mahiyyətini açdı, əhəmiyyətini göstərdi.
Daha sonra köçürmə hadisələrini təsvir edən orta sürət, sərbəst yolun orta uzunluğu, sıxlıq diffuziya, daxili sürtünmə, istilikkeçirmə əmsalları haqqında ətraflı məlumat verdi.
Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 33 balla “əla” qiymətləndirildi.