01 aprel 2022 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının b/müəllimi Hacıyev Bahar Sabir qızının I kurs Texnologiya müəllimliyi ixtisasında “Kulinariya praktikumu” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Ət və ət məhsullarından xörəklərin hazirlanması texnologiyası” olmuşdur.
Açıq dərsdə GDU–nun tədris işləri üzrə prorektoru dos.Ş.N.Xurşudov., Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.Quliyev., ÜTF və texnologiya kafedrasının müdiri, dos.E.M.Cavadov., kafedranın professor–müəllim heyəti üzvlərindən: dos.G.R.Əhədova., b/m-K.Məmmədov., b/m-G.Hüseynova., b/m.-M.Sadıxova., b/m-S.Tağıyeva iştirak etmişdir.
B/müəl.B.Hacıyeva açıq dərsin gedişində əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə çatdırdı.
Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə dərs müzakirə edildi və açıq dərs 26 balla “əla” qiymətləndirildi.