04 aprel 2022- ci iltarixdə GDU –nun Fizika və texniki fənlər fakültəsində III kurs Fizika müəllimliyi ixtisasında Fizika kafedrasının dosenti İsgəndərova Səyyarə Paşa qızınlın “Nüvə fizikası” fənnindən “Atom nüvəsinin modeliləri” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə fakültə dekanı prof.M.S.Quliyev., Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., kafedranın professor – müəllim heyəti üzvlərindən dos.E.X.İsmayılov., dos.R.M.İmanov., dos.R.K.Hüseynov., b/m.E.M.Məmmədov., b/m.S.X.Musayev., b/m.İ.M.Mövsümova., müəl.f.f.d.A.Y.Həmzəyeva., müəl.R.A.Abbasov., müəl.İ.A.Seyidova., müəl.A.C.Məmmədzadə iştirak edirdilər.
Dos.S.P.İsgəndərova açıq dərsdə iştirak edən professor müəllim heyətini salamladıqdan sonra kompyuter texnikasından istifadə etməklə nüvənin təbəqə modeli barədə məlumat verdi. Modelin təbəqə adlandırılmasına aydınlıq gətirdi. O, mövzunun izahı zamanı yüksək pedaqoji ustalıqla tələbələri mövzunun izahına cəlb edirdi və bu zaman onların fərdi xüsusiyyətlərini nəzərə alırdı.
Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 30 balla “əla” qiymətləndirildi.