15 mart 2022- ci il tarixdə GDU –nun Fizika və texniki fənlər fakültəsində II kurs Fizika müəllimliyi ixtisasında Fizika kafedrasının müəllimi Xavəri Xavər Ələmxan qızının “Optika” fənnindən “Mikroskop vasitəsilə şüşənin sındırma əmsalının təyini” mövzusunda açıq laboratoriya dərsi keçirildi.
Açıq dərsdə Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., professor – müəllim heyəti üzvlərindən dos.M.C.Tağıyeva., p.f.d.S.K.Rüstəmova., dos.Y.B.Namazov., dos.R.M.İmanov., b/m.E.M.Məmmədov., müəl.A.İ.Kazımova., müəl.R.A.Abbasov., müəl.T.Tahirova iştirak edirdilər.
Xavəri X.Ə. açıq dərsdə iştirak edən professor müəllim heyəti üzvlərini salamladıqdan sonra kompyuter texnikasından və proyeksiya aparatından istifadə etməklə mikroskopun quruluşu barədə düzgün və hərtərəfli məlumat verdi.
Daha sonra tələbələr işin gedişini növbə ilə danışdılar və müəllim bu zaman onlara hərtərəfli köməklik göstərir və calışırdı ki, tələbələr mövzunu dərindən mənimsəsinlər.
Xavəri X.Ə. tələbələrlə bərabər laboratoriya işini işlədi və lazım olan nəticəni aldı.
Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 27 balla “əla” qiymətləndirildi.