07 aprel 2022 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının b/müəllimi Hüseynov Elbrus Cəlal oğlunun I kurs Texnologiya müəllimliyi ixtisasında “İstehsalın əsasları (qarşılıqlı əvəzolunma, standartlaşdırma)” fənnindən laboratoriya açıq dərsi keçirilmişdir.
Açıq dərsin mövzusu laboratoriya “Ştangenrərgar alətləri: Detalda qeyri silindrikliyin formasının müəyyən edilməsi” olmuşdur.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.Quliyev., ÜTF və texnologiya kafedrasının müdiri, dos.E.M.Cavadov., kafedranın professor–müəllim heyəti üzvlərindən: dos.G.R.Əhədova., b/m-K.Məmmədov., b/m.-B.S.Hacıyeva., b/m-S.Tağıyeva iştirak etmişdir.
B/müəl.E.hüseynov açıq dərsin gedişində əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə çatdırdı.
Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə dərs müzakirə edildi və açıq dərs 25 balla “yaxşı” qiymətləndirildi.