7 aprel 2022-ci il tarixdə dos.Akif Əlirza oğlu Hüseynovun Boyakarlıq fənnindən “Yaz mənzərəsinin etüdü” mövzusunda açıq dərsi keçirildi

07.04.2022- ci il tarixdə dos. Hüseynov Akif Əlirza oğlunun  açıq dərsi keçirildi

4 aprel   2022- ci il tarixdə “Təsviri incəsənət”  kafedrasının dos.Hüseynov Akif Əlirza oğlunun I kurs “Təsviri incəsənət müəllimliyi” ixtisasında  “Boyakarlıq” fənnindən “Yaz mənzərəsinin etüdü (işıq – kölgə münasibətinin verilməsi və tamamlanması)” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyev., Təsviri incəsənət kafedrasının müdiri dos.M.Məmmədov və professor müəllim heyəti üzvlərindən 6 nəfər    iştirak  etdilər.

Dos.Akif Hüseynov dərsin təşkilatı hissəsini  normal qurmuşdur, dərs zamanı müasir kommunikasiya texnologiyalarından istifasə etdi, mövzuya uyğun xeyli sayda əyani vəsaitlər hazırlaşmışdı.

Dərs prosesində  yeni mövzunun izahı zamanı əyanilik prinsipinə  və müasir kommunikasiya texnologiyalarından istifadə etdi. 

Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə keçirildi və açıq dərs qənaətbəxş hesab edildi və əla qiymətləndirildi.