08 aprel 2022 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının b/müəllimi Əliyeva Afət Həmid qızının I kurs Texnologiya müəllimliyi ixtisasında “Kulinariya praktikumu” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Salatların hazırlanması, bəzədilməsi və süfrəyə verilməsi” olmuşdur.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.Quliyev., ÜTF və texnologiya kafedrasının müdiri, dos.E.M.Cavadov., kafedranın professor–müəllim heyəti üzvlərindən: dos.G.R.Əhədova., b/m-B.S.hacıyeva., b/m-G.Hüseynova., b/m-S.Tağıyeva, tədris ustası Xəlilova U.L., tədris ustası T.Hüseynova., lab.müdiri A.Quliyeva., kabinə müdiri – A.Məmmədova iştirak edirdilər.
B\m.A.Əliyeva öz pedaqoji ustalığından istifadə edərək, dərsi tələbələrə tam çatdıra bildi. Slaydlarla mövzunu hərtərəfli şəkildə tələbələrə göstərdi.
B/müəl.A.Əliyeva açıq dərsin gedişində əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə tam aktuallığı ilə çatdırdı.
Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə dərs müzakirə edildi və açıq dərs “əla” qiymətləndirildi.